AZ   |   RU
Türkiyə və Rusiya hərbi nümayəndə heyətləri “taxıl böhranı”nı müzakirə edib

Türkiyə və Rusiya hərbi nümayəndə heyətləri arasında Ukrayna taxılının Qara dəniz vasitəsi ilə təhlükəsiz daşınması ilə bağlı ilk görüş keçirilib.

Missiya.Az
HaberGlobal-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada deyilir: “Tərəflər Qara dənizdə nəqliyyat marşrutlarının təmin edilməsi, habelə Ukrayna limanlarından taxıl ixracı və Türkiyə ticarət gəmilərinin təhlükəsiz çıxışı ilə bağlı məsələləri müzakirə ediblər”.

Bundan əlavə, nümayəndə heyətləri Türkiyənin “Azov Concord” quru yük gəmisi də daxil olmaqla digər gəmilərin Mariupol limanından çıxışına imkanın yaradılması ilə bağlı ikitərəfli formatda qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıblar. Həmçinin hər iki tərəf məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Teymur Aslanov
Missiya.Az


  • 22-06-2022, 15:59