AZ   |   RU
Azərbaycan banklarının xalis mənfəəti 21,3% artıb

2022-ci ilin ilk beş ayında Azərbaycanın bank sektorunun xalis mənfəəti 21,3 % artaraq 331,5 milyon manata bərabər olub.

Missiy.Az
"APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.

Bu dövrdə bankların əməliyyat gəlirləri 1,459 milyard manat, əməliyyat xərcləri 937,1 milyon manat , xüsusi ehtiyatlara ayırmaları 117,9 milyon manat, gözlənilməz xərcləri 0,1 milyon manat, mənfəət vergisi ödəmələri isə 73,1 milyon manat təşkil edib.

  • 22-06-2022, 14:38