AZ   |   RU
Kristian Eriksen xəstəxanadan evə buraxıldı

Danimarka millisinin futbolçusu Kristian Eriksen xəstəxanadan evə buraxılıb.

Missiya.Az xəbər verir ki, bu barədə Danimarka Futbol İttifaqı məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçinin səhhəti ilə bağlı əlavə informasiya verilməyib.

Qeyd edək ki, Eriksen iyunun 12-də Finlandiya ilə B qrupunun ilk görüşündə huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər.

  • 18-06-2021, 20:49