AZ   |   RU
Ağır atletika üzrə Azərbaycan birincilikləri tarixində yeni rekordlar qeydə alınıb


May ayının 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyində yeni rekord qeydə alınıb.

Missiya. Az xəbər verir ki, Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, yarışda iştirak üçün ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda - 124 atlet (onlardan 21 nəfəri qadın) körpücük üzərinə çıxıb.

Bununla yanaşı, çəkisi 81 kiloqrama qədər olan atletlərin mübarizəsində Ravin Alməmmədov fərqlənib. Onun bu çəki dərəcəsində birdən qaldırmada ram etdiyi 136 kiloqram yeniyetmələr arasında, təkanla qaldırmadakı 171 kiloqram və toplamdakı 307 kiloqram nəticəsi isə həm yeniyetmələr, həm də gənclər arasında Azərbaycan birinciliklərinin rekordlarıdır.



  • 27-05-2023, 17:48