AZ   |   RU
Şahmat üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib


Kişi şahmatçılar arasında Azərbaycan çempionatında finalçılar müəyyənləşib.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, ikinci yarımfinal görüşlərində Vasif Durarbəyli Eltac Səfərli ilə heç-heçə etməklə, Vüqar Əsədli isə Məhəmməd Muradlıya qalib gəlməklə adlarını həlledici oyuna yazdırıblar.

Sözügedən şahmatçılar yarımfinalın ilk görüşündə də rəqiblərini məğlub etmişdilər.

Səfərli və Muradlı 3-cü yer uğrunda qarşılaşmada üz-üzə gələcəklər.

  • 24-01-2023, 20:06