AZ   |   RU
Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib


UEFA Çempionlar Liqasında qrup mərhələsinin V tur oyunlarından sonra həftənin ən yaxşı qolu açıqlanıb.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bu ada Fransa PSJ-sinin futbolçusu Lionel Messinin İsrailin "Makkabi" (Hayfa) komandası ilə matçdakı dəqiq zərbəsi layiq görülüb.

35 yaşlı hücumçu 19-cu dəqiqədə özünün və komandasının ilk qoluna imza atıb.

Qeyd edək ki, PSJ "Makkabi"ni 7:2 hesabı ilə üstələyib.


  • 27-10-2022, 14:20