AZ   |   RU
İsmayıllıda toyda baş verən bıçaqlanmada polis də iştirak edib?

İsmayıllıda keçirilən toy zamanı baş verən münaqişə ilə bağlı şahidlərinin izahatları alınıb.

Missiya.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-a açıqlamasında bildirib ki, İsmayıllıda münaqişə zəminində iki qardaş, İlkin və Abuzər Tahirlinin bıçaqlanması faktı ilə bağlı hadisə şahidlərinin izahatları alınıb:
“Rayon polis şöbəsində (RPŞ) Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Cinayəti törədən şəxsin şəhər sakini Hafiz Ağazadə olduğu müəyyən edilib. Onun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

M.Məsimov bildirib ki, xəbər saytlarında hadisə zamanı “Cavid Əhmədov” adlı İsmayıllı RPŞ-nin əməkdaşının həmin münaqişədə iştirak etməsi barədə əsassız və dəqiqləşdirilməmiş informasiyalar yayılıb:
“Qeyd edək ki, Post Patrul Xidmətində ümumiyyətlə həmin adda əməkdaş xidmət aparmır”.


  • 19-07-2021, 21:48