AZ   |   RU
Mübariz Mənsimovun Azərbaycan dövlətinə qarşı fəaliyyəti- “Xeyriyyəçiliyin” alt qatındakı çirkli məqamlar


 “Xeyriyyəçiliyin” alt qatındakı çirkli, eybəcər məqamlar – Dövlətə qarşı çıxanlara “Palmali” "qayğısı"


“Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimovun fəaliyyətində qaranlıq məqamlar , eləcə də onun Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərənlərə dəstək verməsi barədə məlumatlara mətbuatda zaman-zaman rast gəlinir. Kifayət qədər ciddi dp-faktlara söykənən məlumatlardan anlaşılan odur ki, Mübariz Mənsimov heç də təqdim olunduğu kimi, “Zeynalabdin Tağıyevin” müasir dövrdəki prototipi deyil və onun “yardımsevərliyi” heç də vətənpərvərlikdən və humanizmdən irəli gəlmir. Ortada tamam başqa məqsədlər, niyyətlər var. 


Məsələn Qlobalinfo.az saytında yayımlanmış məqalədə Mənsimovun Fəaliyyətindəki gizlinlər, “Palmali” rəhbərinin Azərbaycan dövlətinə qarşı fəaliyyəti haqda diqqətçəkən faktlara işıq salınıb.


Məqalədə qeyd olunur ki, Mənsimovun milyardlarının cüzi hissəsi tələbələrin təhsilinə, ayrı-ayrı insanların sosial problemlərinin həllinə, xeyriyyəçilik məsələlərinə yönəldilir. , Bu fəaliyyətin PR-ı aparılır. İctimai rəy manipulyasiya edilir. Nəticədə hətta qatı cinayətkar belə insanların gözündə qəhrəmana çevrilir. Ancaq bu işlərin alt qatınd çirkli, eybəcər məqamlar var… 


“Bu fəaliyyət “Palmali” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsindən – Fazil Qasımovdan uzanan xətdir. Bu xətt Azərbaycan müxalifətinin bəzi qanadına, bir sıra jurnalistlərə, xaricdə yaşayan radikallara, Türkiyədəki iş adamlarına, rəsmi şəxslərə, media mənsublarına, Avropadakı ermənilərə və onların işbirliyində olduğu qruplara kimi gedib çıxıb. Mübariz Mənsimovdan gələn tapşırıqların icrasını isə birbaşa şirkətin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Fazil Qasımov həyata keçirib. Fazil Qasımov bu il avqust 8-də Türkiyədə həbs edilərək Bakıya gətirilib. Onun həbsinin FETÖ şəbəkəsi ilə bağlı olduğu deyilir”.


Məqalədə daha sonra qeyd olunur ki, M.Mənsimovun təşkil etdiyi qrup Böyük Britaniya, Malta, Sinqapur və digər bu kimi ölkələrin reyestrlərindən azərbaycanlılar haqqında məlumatlar əldə edir, müxtəlif dosyelər hazırlatdırır, Britaniyanın Milli Cinayət Agentliyinə ötürür. Prosesin daha təsirli olması üçün M.Mənsimovun göstərişi ilə “Amsterdam & Partners LLP” və “Omnia Strategy LLP” kimi hüquq şirkətləri ilə müqavilələr imzalanır və əldə olunan məlumatlar bu şirkətlər vasitəsilə Qərb mediasına ötürülərək yayımlanır:


“Digər istiqamət kimi “Azərbaycan saatı”nın təsisçisi və aparıcısı Qənimət Zahid, “Azad söz” kanalının təsisçisi Tural Sadıqlı, “Taym” TV-nin təsisçisi Fikrət Hüseynli, hüquqşünas Vidadi İsgəndərli – Azərbaycan hakimiyyətini ən sərt şəkildə tənqid və hətta təhqir edən şəxslərlə əlaqələrin inkişaf etdirilməsi götürülüb. Fazil Qasımov vasitəçi kimi M.Mənsimovun hədəfinə gələn şəxslər barədə ifşaedici materialları yüksək maliyyə müqabilində yuxarıda adları çəkilən şəxslər vasitəsilə yayımlayıb. Bundan başqa, yenə də pul müqabilində həmin şəxslər Mübariz Mənsimovun müdafiəsinə qoşularaq onun xeyrinə öz resurslarında və sosial şəbəkələrdə ardıcıl məlumatlar paylaşıblar.


Digər tərəfdən, 2021-ci ildən başlayaraq F.Qasımov xarici jurnalistlər, hüquq müdafiəçiləri ilə əlaqələr yaradaraq onların imkanlarından yararlanmağa başlayır. Maraqlısı odur ki, bunlar birmənalı şəkildə Azərbaycana qarşı olduqca neqativ mövqe bəsləyən və bu işdə ad çıxarmış şəxslərdir. Məsələn, Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsumunun “Panama Papers”, “Pandora Papers” və digər bu kimi layihələrində yaxından iştirak edən Pelin Ünkerlə əlaqələr Azərbaycan haqqında materialların əvvəlcə xarici mediaya çıxarılmasına, sonra isə onun Türkiyə və Azərbaycanın informasiya məkanına daşınmasına şərait yaratdı. Türkiyədə həmin materialların yayılması MGTV Yutub kanalının təsisçisi Mustafa Gürbüz vasitəsilə həyata keçirilib.


Məlumata görə, MGTV bilavasitə Mübariz Mənsimovun maliyyə dəstəyi ilə yaradılıb. Əsas məqsəd kimi türkçülüyün təbliği göstərilsə də, kanalın əsas hədəflərindən biri məhz Azərbaycan olur. Bu kanalda boy göstərən Cəmil Həsənli, Tofiq Yaqublu, Qənimət Zahid, Fikrət Hüseynli, İsa Qəmbər, Qubad İbadoğlu, Ərəstun Oruclu, Rəhim Qazıyev, Vidadi İsgəndərli, Süleyman Süleymanlı və digərləri Azərbaycan hökumətini davamlı şəkildə “ağ yuyub qara sərməklə” məşğul olublar. Dünənə kimi “Tərtər işi”ni əsas hədəflərindən biri kimi görən kanal indi də Qubad İbadoğlunun müdafiəsinə geniş yer verməyə başlayıb.


Hazırda həbsdə olan Qubad İbadoğlu ilə Mübariz Mənsimovun əlaqələrinə dair də mediada xeyli faktlar dərc edilib. Bu əlaqələrin bir ucunun ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənə gedib çıxdığına dair ciddi faktların olduğu deyilir. Bəlkə elə buna görədir ki, Mübariz Mənsimov həbs ediləndə onun ən fəal müdafiəçilərindən biri Qubad İbadoğlu olub və hətta bu məqsədlə müraciət hazırlayıb, yayıb. Təsəvvür edin, Qubad İbadoğlunun patronajlığı ilə 2022-ci ildə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondu adlı qurum yaradılır. Onun təsis edilməsi üçün tələb olunan 3.600 funt sterlinq Londonda yaşayan bir azərbaycanlının adına “Ziraat Bank”da olan hesaba köçürülür və sonra Qubad bəyə çatdırılır. Bu, Mübariz Mənsimovun Qubad İbadoğluna göstərdiyi maliyyə yardımının görünən kiçik bir hissəsidir. Aysberqin altında daha nələr var, onu bir Allah bilir.


Mübariz Mənsimovun Fazil Qasımova həvalə etdiyi əlaqələr bununla da bitmir. Mənsimovu müdafiə etmək üçün qurulmuş şəbəkə Türkiyə Prezidentinin Maliyyə İdarəsindən tutmuş, Böyük Millət Məclisinə, siyasi partiyalara kimi uzanır. Adlar, vəzifələr və s. yetərincədir...”


Məqalədə diqqətçəkən məqamlardan iri də M.Mənsimovun F.Qasımov vasitəsilə Ani Harutunyanla qurduğu sıx təmaslarla bağlıdır. Fazilin Ani ilə təmasları qarşılıqlı təriflərdən başlayaraq, müharibənin acı nəticələri (İkinci Qarabağ müharibəsinə qarşı çıxış edən “no war”çıların əsas tezisi), media fəaliyyəti, hüquq müdafiəsi – ümumiyyətlə, mümkün olan hər məsələni əhatə edir. 


Gründüyü kimi, məqalədə qeyd olunan məlumatlar onu ehtimal etməyə əsas verir ki, Mübariz Mənsimovun fəaliyyətinin ana xəttində Azərbaycana, Azərbaycan dövlətinə qarşı yönəlmiş fəaliyyət nümunələrini dəstəkləmək, maliyyələşdirmək dayanır:

“Türkiyədə Heydər Əliyevin 100 illiyinə həsr olunan təqaüd proqramı elan edir, digər tərəfdən də Heydər Əliyevin siyasi irsini kəskin tənqid edən, Azərbaycan dövlətinə düşmən münasibəti bəsləyən hər kəsi maliyyələşdirir və danışdırır” dfeyə, sonda məqalədə vurğulanır”.


Elcan

Missiya.Az



  • 24-08-2023, 12:46