AZ   |   RU
Laçında dünyasını dəyişən hərbçimizlə vida mərasimi keçirilir

İyun ayının 16-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili ilə qəzaya düşərək dünyasını dəyişən hərbi qulluqçumuz baş leytenant Nəsibov Elməddin Süleyman oğlu ilə vida mərasimi keçirilir.

Missiya.Az
xəbər verir ki, vida mərasimi şəhidimizin dünyaya göz açdığı Tovuz rayonunda keçirilir. Mərasimdə şəhidimizin döyüş yoldaşları, Dövlət Sərhəd Xidmətinin rəsmiləri, rayon ictimayəti iştirak edir.

Məlumat üçün bildirək ki, 32-yaşlı Nəsibov Elməddin Süleyman oğlu 3-cü dərəcəli Vətən uğrunda, Qubadlı və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub.
Şəhidimiz ailəli idi.


  • 17-06-2021, 20:19