AZ   |   RU
Bakıda bir günlük qarın yaratdığı problemlər


Fevralın 23-dən başlayaraq havanın kəskin soyuması, qarın yağması paytaxt Bakı üçün bir sıra problem yaradıb.

Missiya.Az Report'a istinad xəbər verir ki, yeraltı keçid və yollarda əmələ gələn buz qatını təmizləmək üçün müvafiq qurumların əməkdaşları işə cəlb olunub, avtomobillərin rahat hərəkəti üçün yollara qum və düz səpilir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov “Report”a bildirib ki, paytaxtda sürücülərin meteoroloji şəraiti nəzərə almaması səbəbindən indiyədək maddi zərərlə nəticələnən 41 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

27 saylı tam orta məktəbin direktoru Könül Həsənovanın “Report”a dediyinə görə, əvvəlki günlərlə müqayisədə uşaqların davamiyyəti zəifdir.



  • 25-02-2021, 15:45