AZ   |   RU
Artan iqtisadi imkanlar və davamlı sosial islahatlar - Dövlət vətəndaşın yanındadır

Ölkəmizdə dinamik iqtisadi inkişaf bütün sahələri əhatə etdiyi kimi, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə də əsalı təsir göstərir.

Uğurlu iqtisadi siyasət nəticəsində dövlət büdcəsində artan vəsaitlərin sosial sahəyə yönləndirilməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılmasına hesablanmış mühüm addımlardandır.

Yanvarın 5-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla ölkədə minimum əməkhaqqı və minimum pensiya əhəmiyyətli dərəcədə artırıldı.  Ümumilikdə bu il sosial ödənişlərdə yeni artımlar üçün 750 milyon manat vəsait ayrılacaq ki, bu da ümumilikdə 1,9 milyon vətəndaşı əhatə edəcək. 

Dövlət başçısının bu gün imzaladığı fərman və sərəncamlardan sonra dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların rəhbər və digər işçilərin aylıq vəzifə maaşları orta hesabla 15% artırılıb. 

Maaş artımı olacaq dövlət təşkilatlarının siyahısını təqdim edirik:

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı;

Heydər Əliyev Mərkəzi;

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

Azərbaycanda Atatürk Mərkəzi;


Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;

Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu;

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı;

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi;

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi;

Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;

Mədəniyyət Nazirliyinin tabeliyində Quba şəhərində “Soyqırımı memorial kompleksi”;


Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı;

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;

Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi;

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu;


İcra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq.

Ölkə başçısının sosial sahəyə ayırdığı diqqət vətəndaşların ildən-ilə yaxşılaşan sosial təminatlarında özünü bariz şəkildə göstərməkdədir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, dövlətin artan iqtisadi imkanlarının böyük hissəsi sosial sahəyə ayrılacaq, vətəndaşların həyat-məişət şəraiti daha da yaxşılaşdırılacaq.

Post-müharibə dövründə olduğumuza baxmayaraq dünyanın dəyişən yeni iqtisadi arxitekturası fonunda Azərbaycanın regional və beynəlxalq nüfuzunun artması, enerji və iqtisadi layihələrin əsas iştirakçısına çevrilməsi, ölkəmizin iqtisadi gücünü daha da artırmaqla barabər , vətəndaş-dövlət münasibətlərinin ən yüksək səviyyədə saxlanılmasına da öz töhfəsini verir.

Aqil Musa
Missiya.Az


  • 13-01-2023, 13:59