AZ   |   RU
Paşinyan mətbuat konfransı keçirəcək - Jurnalistlərin etirazı nəzərə alınacaqmı?


Sabah, yanvarın 10-da Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan mətbuat konfransı keçirəcək və KİV nümayəndələrinin suallarını cavablandıracaq.

Missiya.Az
"Hraparak" erməni nəşrinə istinadən xəbər verir ki, onlayn formatda, yəni KİV və qeyri-hökumət təşkilatlarının suallarını yazılı formada göndərən əvvəlki mətbuat konfranslarından fərqli olaraq, bu dəfəki mətbuat konfransında jurnalistlərin suallarının üzbəüz cavablandırılması nəzərdə tutulub.

Nikolun ailəsinə məxsus armtimes.com saytının məlumatına görə, təxminən 40-50 media orqanının ona sual vermək imkanı olacaq. Lakin məlum olur ki, Ermənistanın keçmiş rəhbərlərinin KİV məsələsində seçici yanaşmasını amansızcasına tənqid edən Nikol Paşinyan, özü də həmin xətti davam etdirir və bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələri mətbuat konfransına dəvət edilməyib.

"Kütləvi informasiya vasitələrinə qarşı laqeyd yanaşmanı anlamaq çətin deyil. Xüsusilə də Nikol Paşinyan demək olar ki, bütün suallara kobud cavab verir və bütün situasiyalardan quru çıxmağı bacarır. Paşinyan medianı bölmək, parçalamaq və bir-birinə qarşı qoymaq üçün növbəti fürsəti əldən vermir. Buna görə də bəzi media nümayəndələri iştirak üçün dəvət alsalar da, nə sual versələr, Paşinyanın istədiyi cavabı verəcəyini nəzərə alaraq mətbuat konfransından imtina ediblər." 

"Hraparak" nəşri bildirir ki, Nikol hər hansı jurnalisti təhqir edərsə və ya kobudluq göstərərsə, erməni media nümayəndələri zalı birlikdə tərk edəcəklər.

Nəriman Sultanoğlu
Missiya.Az





  • 9-01-2023, 16:08