AZ   |   RU
İlham Əliyevin sosial siyasəti: Davamlı iqtisadi islahatlar və əhalinin rifahı - Bizim şərh

Ölkəmizdə bütün sahələrdə müşahidə olunan dinamik inkşaf əhalinin rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də özünü göstərir. 

Son illər ölkədə maliyyə şəffaflığı istiqamətində atılan mühüm addımların  büdcəyə göstərdiyi əsaslı təsirlərlə bərabər,  düşünülmüş sosial siyasət və həyata keçirilən düzgün investitsiya layihələri, eləcə də davamlı iqtisadi islahatlar vətəndaşlarımızın sosial təminatlarının gücləndirilməsi üçün münbit zəmin yaradıb.


Dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və təminatının gücləndirilməsinin, aztəminatlı əhalinin, ümumilikdə cəmiyyətin bütün təbəqələrinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlərin genişləndirilməsi hər il artan dinamika ilə müşaiyət olunur.

Ölkə başçısının  dövlət büdcəsində  artan vəsaitlərin sosial sahəyə yönlədiriləcəyi ilə bağlı çıxışları əhalinin sosial təminatının 2023-cü ildə də diqqətdə saxlanıldığının göstəricisidir. Bu mənada vətəndaşların rifah halının yaxşılaşdırılması üçün 2023-cü ildə sosial islahatlar paketinin yeni mərhələsinin təmin ediləcəyi gözlənilən idi.

Post müharibə dövründə olmağımıza, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərinin aparılmasına baxmayaraq hər il olduğu kimi bu il də əmək haqqı, pensiya və müavinətlərin artırılması bu sahənin dövlət siyasətindəki proritet istiqamət olduğunu təsdiqləyir.

 Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı sosial sahəyə göstərilən diqqət və qayğının növbəti təzahürüdür. 
 
Ölkə başçısının imzaladığı Sərəncamla minimum aylıq əməkhaqqı yanvarın 1-dən etibarən  Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə artımları təmin ediləcək. 

Qeyd edək ki, ümumilikdə bu artım 700 min nəfəri əhatə edəcək. 

Minimum əmək haqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir. 

Yeni Sərəncama əsasən, müavinət və təqaüdlərin artırılması, minimum pensiyanın 280 manata çatdırılması ilə bağlı təkliflər Nazirlər Kabineti tərəfindən on gün müddətində hazırlanaraq dövlət başçısına təqdim ediləcək.

Beləliklə, 100 minədək pensiyaçını əhatə edəcək bu artım nəticəsində  minimum aylıq pensiyanın məbləği 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq.

Məlumat üçün bildirək ki, son 4 ildə minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. 

Ümumilikdə bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 1,9 milyon vətəndaşı əhatə edəcək
.

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ilə nəzər salsaq, görərik ki, Azərbaycanın dövlət siyasətində sosial sferanın prioritetliyi daim təmin olunub.

Aqil Musa
Missiya.Az


  • 5-01-2023, 18:38