AZ   |   RU
Türkiyəli məşhur iş adamı: "İlham Əliyev Qarabağda həyata keçirilən layihələrə xüsusi həssaslıqla yanaşır"
 
TAİB nümayəndələri Ankarada Türkiyə-Azərbaycan İş Şurasının rəhbəri Kamal Koloğlu ilə görüşüblər.

Missiya.Az
xəbər verir ki, TAİB nümayəndələrini səmimiyyətlə salamlayan iş adamı Qarabağdakı quruculuq işlərində iştirak etməkdən qürur duyduqlarını deyib.

Kamal Koloğlu Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələrə xüsusi həssaslıqla yanaşdığını və Qarabağ İqtisadi Rayonunun tez bir zamanda dirçəldilməsi üçün böyük səylər göstərdiyini bildirib.

TAİB həmsədri, tanınmış diplomat Hulusi Kılıçın fəaliyyətindən söz açan iş adamı, onun türk xalqları arasında əlaqələrin inkişafına töhfə verməyə yönəlik çalışmalarını təqdir etdiyini də vurğulayıb.

Missiya.Az

  • 6-12-2022, 16:21