AZ   |   RU
“Rusiya sülh müqaviləsinin imzalanmasını dəstəkləyəcək” - Valentina Matviyenko


Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün vasitəçilik səylərini davam etdirəcək.  

Missiya.Az
Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Matvienko vurğulayıb ki, Rusiya və şəxsən Rusiya prezidenti Vladimir Putin fikir ayrılıqlarını sülh yolu ilə həll etmək üçün səy göstərir:  “Biz regionda sülhü təşviq edəcək və hər iki tərəfin maraqlarını nəzərə almalı olan həll yolunu dəstəkləyəcəyik. Rusiya iki dövlətin sülh müqaviləsi imzalaması üçün yardım göstərməyə davam edəcək”.

Elcan
Missiya.Az


  • 28-10-2022, 12:30