AZ   |   RU
Heç kim Ukraynanın əvəzinə qərar verə bilməz – Şarl Mişel

“Ukrayna Rusiya ilə danışıqlara nə vaxt hazır olacağına özü qərar verməlidir”.

Missiya.Az
“Tass”a istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqının prezidenti Şarl Mişel deyib.

Mişel bildirib ki, heç kim Ukrayna üçün hansı şərtlərlə danışıqlar aparmalı və hansı güzəştlərə getməli olduğuna qərar verə bilməz. 

“Biz öz tərəfimizdən Kiyevi maliyyə, hərbi və siyasi baxımdan güclü şəkildə dəstəkləyirik. Ukraynanın özü öz taleyinin sahibidir, ona görə də danışıqlara nə vaxt başlayacağını seçməkdə onun suveren hüququ var” - deyə siyasətçi vurğulayıb.


Daşqın Həsənov
Missiya.Az


  • 24-10-2022, 12:17