AZ   |   RU
Qəbələ rayonunda yanğın hadisəsi baş verib
Qəbələ rayonunun Vəndam kəndi ərazisində, meşə ilə sərhəddəki bələdiyyə torpağında yanğın hadisəsi baş verib.

Missiya.Az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib ki, hazırda ETSN-in bütün yerli qurumlarının əməkdaşları və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri tərəfindən yanğının söndürülməsi  və meşəyə  keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.

Leyla Səməndər
Missiya.AZ


  • 31-08-2022, 20:41