AZ   |   RU
Azərbaycan hərbçiləri “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıb
Rusiyanın Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində hərbi qulluqçularımız ilk yarışa başlayıblar.

Bu barədə Missiya.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan tankçılarının birinci heyəti müsabiqənin “Fərdi sürmə” mərhələsində Monqolustandan olan komanda ilə mübarizə aparıblar.

Şərti hədəfləri sərrast atəşlə məhv edən komandamız marşrut üzrə müəyyən olunmuş məsafəni qət ediblər.

  • 13-08-2022, 17:10