AZ   |   RU
Monteneqroda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
Monteneqroda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb.

Missiya.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin İctimai Səhiyyə İnstitutu məlumat yayıb.

Xəstəlik Monteneqro Xalq Sağlamlığı İnstitutunun laboratoriyasında müəyyən edilib.

Yoluxan şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Meymunçiçəyi, əsasən, mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində tropik meşələrin yaxınlığında qeydə alınan xəstəlikdir.


  • 31-07-2022, 20:54