AZ   |   RU
Rusiyalı keçmiş deputat Gürcüstana buraxılmadı
Rusiya Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkov Gürcüstana buraxılmayıb.

Missiya.Az xəbər verir ki, bu barədə o, Teleqram kanalında bildirib. Qudkov deportasiya olunaraq Ukraynaya göndərildiyini yazıb: 

“Kiyevdən Tbilisiyə uçdum. Dövlət səviyyəsində mənim yenidən Kiyevə deportasiya edilməsi ilə bağlı qərar qəbul edilib”. 

Qudkov qərarın "siyasi" olduğuna inanır.
“Səfərimlə bağlı hamı xəbərdar idi, mən rəsmi dəvətlə gəlmişəm. Fəallar və diplomatlarla görüşlər planlaşdırılırdı. Heç bir izahat verilmir, sadəcə sərhədçilərin mülayim jestləri var”, - deyə o, qeyd edib. 

Xatırladaq ki, Dövlət Dumasının keçmiş deputatı, qeydiyyatdan keçməmiş “Dəyişikliklər Partiyası”nın lideri, qeyri-yaşayış icarəsi müqaviləsi üzrə borcunun ödənilməməsi işində şübhəli şəxs kimi əvvəlcə saxlanılmış, daha sorna sərbəst buraxılmışdı. O, ötən il Rusiyanı tərk edib. 

Rusiya prezidentinin mətbuat katibi
Dmitri Peskov bəyan edib ki, Qudkova qarşı aparılan istintaq hərəkətləri siyasətlə bağlı deyil.

  • 31-01-2022, 18:59