AZ   |   RU
Yasamal İcra Hakimiyyəti və YAP nümayəndələri şəhid məzarını ziyarət ediblər - Fotolar
 
Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı  tərəfindən 44 günlük Vətən müharibəsinin şəhidi Mahmud Heydər oğlu Cavadovun məzarı ziyarət olunub. 

Missiya.Az xəbər verir ki, bu gün Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının rəhbərliyi, əməkdaşlar və şəhidin ailə üzvləri ilə birlikdə 44 günlük Vətən müharibəsində vətənin bölünməzliyi və müstəqilliyi uğrunda döyüşlərdə böyük şücaət göstərərək şəhid olmuş  Mahmud Cavadovun doğum günü ilə əlaqədar olaraq məzarı  ziyarət olunub, əziz xatirəsi yad edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Cavadov Mahmud  Heydər  oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Allah rəhmət eləsin.



  • 13-04-2022, 16:13