AZ   |   RU
"Qazaxıstan Rusiyaya qarşı sanksiyalar rejiminə əməl edəcək" - Qazaxıstan Prezidenti


Qazaxıstan Rusiyaya qarşı sanksiyalar rejiminə əməl edəcək.

Missiya.Az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almaniya Kansleri Olaf Şolts ilə Berlində keçirdiyi danışıqların yekununa dair mətbuat konfransında bildirib.

“Qazaxıstan Rusiyaya qarşı sanksiya rejiminə əməl edəcəyini birmənalı şəkildə bəyan edib. Müvafiq qurumlarla əlaqələrimiz davam edir. Mənə elə gəlir ki, Rusiyanın sanksiyalar rejimindən yayınması üçün Qazaxıstanın mümkün addımları ilə bağlı Almaniya tərəfinin heç bir narahatlığı olmamalıdır”, - deyəTokayev əlavə edib.

Zərintac Mayisqızı
Missiya.Az


  • 28-09-2023, 16:53