AZ   |   RU
Sloveniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi


Sloveniya 2024-2025-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi.

Missiya.Az xarici KİV-lərə istinadla xəbər verir ki, qeyri-daimi üzv seçilmək üçün Baş Assambleyanın bütün üzvlərinin - 193 üzvünün üçdə ikisinin səsi tələb olunurdu. Sloveniya 153, Belarus isə 38 səs toplayıb.

Səsvermədə, həmçinin Əlcəzair, Qayana, Sierra-Leone və Cənubi Koreya 2024-2025-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçiliblər.

Zərintac Mayisqızı
Missiya.Az


  • 7-06-2023, 10:26