AZ   |   RU
Xameneinin Britaniyadakı ofisi bağlandı


İranın ali dini lideri Əli Xameneiyə bağlı Londonda yerləşən İngiltərə İslam Mərkəzi növbəti xəbərdarlığa qədər bütün mədəni və təhsil fəaliyyətini dayandırıb.

Missiya.Az Güney Azərbaycanın teleqram kanallarına istinadən xəbər verir ki, bağlanmanın səbəbi haqda ətraflı məlumat bildirilməyib.

Xameneinin ofisi kimi də tanınan bu mərkəz Britaniya şiələri üçün müxtəlif dini mərasimlər təşkil edir.

Son vaxtlar Britaniyada yaşayan iranlılar dəfələrlə İngiltərə İslam Mərkəzinin qarşısına toplaşaraq aksiyalar keçirib, onun bağlanmasını tələb ediblər.

Zərintac Mayisqızı
Missiya.Az




  • 25-05-2023, 12:46