AZ   |   RU
İranda silahlı qarşıdurma - Ölənlər var


İranın cənub şərqində yerləşən Sistan və Bəluçistan əyalətində silahlı qarşıdurma olub.

Missiya.Az xəbər verir ki, bu barədə SEPAH-ın “Qüds” qanadının kəşfiyyat və əməliyyat bölmələri ilə ETTELAAT (Kəşfiyyat və Təhlükəsizlik) Nazirliyinin əməkdaşlarının birgə bəyanatında bildirilib.

Bəyanatda deyilir ki, hökumət qüvvələri bir silahlı şəxsi həbs edib, iki silahlını isə qətlə yetirib.

Onlara məxsus silah-sursatın ələ keçirildiyi qeyd edilib.

SEPAH həbs olunan və öldürülənlərin ölkədə terror aktı həyata keçirməyi planlaşdırdıqlarını iddia edib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 25-05-2023, 12:24