Çərşənbə 28 May 2025 / 10:27:37
                    AZ   |   RU
Zelenski dəniz piyadalarını təltif etdi - FOTO


Ukrayna prezidenti Volodimir Zelenski Donetsk vilayətində ukraynalı əsgərlərə baş çəkib. 


Missiya.Az xəbər verir ki, bununla bağlı Ukrayna Prezidentinin rəsmi saytında paylaşım edilib. 


Zelenski bu gün qeyd olunan Dəniz Piyadaları Günü ilə əlaqədar Donetsk vilayətinin Marinka və Uqledar şəhərləri istiqamətində Ukrayna ordusunun ön mövqelərində olan əsgərlərlə görüşüb. Komandirlərdən cəbhədəki vəziyyətlə bağlı məlumat alan Zelenski bildirib ki, Ukrayna dəniz piyadaları düşmənə qarşı effektiv döyüşür. 


“Buna görə də bu gündən etibarən biz dəniz piyadalarının potensialını əhəmiyyətli dərəcədə artırır və Dəniz Piyadaları Korpusunu formalaşdırırıq”, - deyə Zelenski bildirib.


Qeyd edək ki, Volodimir Zelenski səfəri zamanı bir qrup döyüşçünü medallarla təltif edib.


Hüseyn Babayev

Missiya.Az



  • 23-05-2023, 15:29