AZ   |   RU
Korsika dilinə qadağa qoyulduqdan sonra adada etirazlar baş qaldırıb - The Guardian


Dövlət idarələrində Korsika dilinin istifadəsinə məhkəmə tərəfindən qadağa qoyulduqdan sonra adada etirazlar baş qaldırıb.

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "The Guardian"da dərc olunan məqaləyə istinadən xəbər verir.

Ötən həftə məhkəmə qərarına əsasən adanın qanunverici orqanı olan Korsika Assambleyasına müzakirələrdə Korsika dilindən istifadəyə qadağa qoyulub.

Qəbul edilmiş qərar Emmanuel Makron administrasiyasının yerli siyasətçilərlə Korsikaya böyük muxtariyyət verilməsi haqqında apardığı danışıqların "nəticəsi"dir. Məhkəmə iddiası mərkəzi hakimiyyətin adadakı ali məsul şəxsi olan Korsika prefekti tərəfindən qaldırılıb.

"Vəziyyətin bu cür hal alması bizim üçün ağlasığmazdır", - adanın icraedici orqanının prezidenti Jil Simeoni və Korsika Assambleyasının sədri Mariya-Antuanetta Mopertyui hökmlə bağlı apelyasiya şikayətindən xəbər verən birgə bəyanatda belə deyiblər.

Onlar Korsika dilinin qorunub saxlanması və daha da inkişaf etdirilməsi üçün fransız dili ilə yanaşı rəsmi status almalı olduğunu əlavə ediblər.

Məqaləyə əsasən, müstəqillik üçün çıxış edən "Core in Fronte2 partiyası tvitterdə Korsika dilində hökmü "biabırçı" hesab etdiyini yazıb.

"Korsika Fransanın mərkəzi hakimiyyəti ilə gərgin münasibətlərə malikdir, belə ki, milli hərəkatlar on illərdir ki, daha böyük muxtariyyət və hətta tam müstəqillik tələb ediblər", - məqalədə deyilir.

"The Guardian"a əsasən ötən ay Makron Korsikanın statusunun dəyişməsi ilə bağlı "tabusunun olmadığını" bildirib. Lakin Korsikanın Fransanın bir hissəsi kimi qalmalı olduğunda israr edib.

"Paris və Korsika liderləri arasında danışıqlar 1998-ci ildə adanın prefekti Klod Erinyakın qətlində iştiraka görə mühakimə olunan iki nəfərin şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması nəticəsində yenidən tənzimlənmişdi. Bu, indiyədək öldürülən ən yüksək vəzifəli fransız məmuru idi", - məqalədə deyilir.

 UNESCO-nun Mədəniyyət Agentliyi standart latın dilinə oxşar və təqribən 150 000 daşıyıcısı olan Korsika dilinin itmə təhlükəsi altında olduğunu hesab edir.

Zərintac Mayisqızı

Missiya.Az



  • 13-03-2023, 14:20