Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsində qulluq edən dövlət qulluqçuları ilə bağlı yeni fərman imzalayıb.
Missiya.Az haber7.com-a istinadən xəbər verir ki, Belarus prezidentinin rəsmi saytında dərc olunan fərmana əsasən, Belarus dövlətinə xəyanət edən məmurlara müxtəlif cəzalar, xüsusilə də ölüm cəzası tətbiq oluna bilər.
“Cinayət məsuliyyəti qanununa dəyişiklik edilməsi haqqında” fərmana əsasən, ekstremist və dövlət əleyhinə mübarizə çərçivəsində qəbul edilən qərarlar Belarusda xidmət edən bütün dövlət qulluqçularına şamil ediləcək.
Fərmanda dövlətə nəzarəti ələ keçirmək, casusluq etmək, informasiya sızdırmaq, müxtəlif sui-qəsdlər hazırlamaq, terror təbliğatı aparmaq, Silahlı Qüvvələri, digər birlik və hərbi birləşmələri, hərbiləşdirilmiş strukturları gözdən salmaq, dövlətin müdafiəsi tələbini yerinə yetirməyənlər sərhədlər “dövlətə xəyanət” maddəsi ilə mühakimə oluna bilər.
Lukaşenkonun imzaladığı fərmana görə, Belarus məhkəmələrinin qərarına əsasən, bu cinayətlərdə təqsirli bilinən dövlət qulluqçuları edam oluna, həbs oluna və ya cərimələnə bilərlər. Bundan başqa, şübhəli bilinən dövlət qulluqçularının həbs müddəti 10 günə qədər uzadıla bilər.
Hüseyn Babayev
Missiya.Az