AZ   |   RU
Yaponiyada məktəblilər arasında intiharların sayı yeni maksimuma çatıb


Ötən il Yaponiyada məktəblilər arasında intiharların sayında yeni rekord qeydə alınıb.

Missiya.Az
Kyodo agentliyinə istinadən xəbər verir ki, 2022-ci ildə öncəki illə müqayisədə intihar hallarının sayı 39 nəfər artaraq 512 nəfərə çatıb.
Yaponiya Səhiyyə Nazirliyinin məlumatına görə, məktəblilər arasında intiharlar əsasən təhsildə uğursuzluq, karyera perspektivinin olmaması qorxusundan və qəbul imtahanları ilə bağlı stressdən qaynaqlanır.

İntihar edənlərin 17-si ibtidai, 143-ü orta, 352-si isə yuxarı sinif şagirdləridir. Onların arasında oğlanlar çoxluq təşkil edir.

Ölkənin Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin məlumatına görə, bu, 1980-ci ildən bəri aparılan müşahidələr dövrünün ən yüksək göstəricisidir.

Zərintac MAYİSQIZI
Missiya.Az



  • 3-03-2023, 18:29