AZ   |   RU
Blinken: “Çinin Rusiyaya hərbi yardımı sanksiyalara səbəb olacaq”


“Çin Rusiyanın Ukraynadakı təcavüzünə maddi və ölümcül dəstək verməyə və ya Rusiyaya sanksiyalardan sistematik şəkildə yayınmağa kömək etməyə başlasa, bu, ölkələrimiz (ABŞ və Çin – red.) ciddi problemə çevriləcək”.

Missiya.Az
“Report”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Yeni Dehlidə G20 xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, qeyd etdiyi hallarda Çinə qarşı sanksiyaların tətbiqi qaçılmaz olacaq.

Blinken qeyd edib ki, ABŞ bunun hələ ki edilmədiyini qəbul edir, lakin Çinin müvafiq addımlar atmaq imkanını nəzərdən keçirdiyini bilir.

  • 2-03-2023, 22:37