AZ   |   RU
ABŞ-da sərnişin təyyarəsi təcili eniş edib, 10 nəfər xəsarət alıb


ABŞ-da “Spirit Airlines” sərnişin təyyarəsi göyərtəsində baş verən yanğın səbəbindən Florida ştatının Ceksonvill hava limanına təcili eniş edib.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Məlumata görə, 10 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, çərşənbə günü Dallasdan (Texas) Orlandoya (Florida) uçarkən əl yükündə olan təyyarənin salonunda akkumulyator yanıb.

Sərnişinlərdən birinin dediyinə görə, yanğının söndürülməsi təxminən 20 dəqiqə çəkib.

Hadisə zamanı xəsarət alanların səhhətinin vəziyyəti ilə bağlı hələlik məlumat verilmir. Aviaşirkət yerüstü nəqliyyatla sərnişinlərin Orlandoya daşınmasını təşkil edib.

  • 2-03-2023, 22:18