Nüvə proqramı ilə bağlı problemin həlli İranın özündən asılıdır.
Missiya.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Yunanıstan xarici işlər naziri Nikos Dendiasla birgə mətbuat konfransında deyib.
"Biz nüvə proqramı ilə bağlı problemin həllinin ən effektiv və davamlı yolunun diplomatiya olmasına inanmağa davam edirik. Amma hazırda bu səylər arxa plandadır, çünki İran sadəcə olaraq bu məsələ ilə ciddi şəkildə məşğul olmur.
Ancaq diplomatiya üçün qapı həmişə açıqdır. Çox şey İranın nə dediyi, etdiyi işlərdən asılıdır", - Blinken vurğulayıb.
Zərintac MAYİSQIZI
Missiya.Az