AZ   |   RU
Zəlzələdən sonra Karasu dərəsi daşıb və hər yer su altında qalıb


Türkiyədə zəlzələdən sonra Hatayın Antakya rayonunda Karasu dərəsində su səviyyəsinin qalxması səbəbindən ətrafdakı əkinçilik sahələrində daşqınlar baş verib və bəzi binalar zəzər görüb.

Missiya.Az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, daşqın nəticəsində dağılmış bəzi binaların, evlərin zirzəmilərinin, yolların və kənd təsərrüfatı sahələrinin qalıqları su altında qalıb.

Qeyd olunub ki, bölgədə Hatay Hava Limanına nəqliyyatı təmin edən magistral yol seldən təsirlənməyib.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 17-02-2023, 16:42