AZ   |   RU
Pakistanda terror aktı törədilib - Ölən və yaralılar var


Pakistanın cənub-qərbində, Kvetta şəhərində nəzarət-buraxılış məntəqəsində törədilən partlayış nəticəsində 1 hərbçi ölüb, 13 nəfər yaralanıb.

Missiya.Az
“Associated Press”ə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsinin nümayəndəsi Məhəmməd Xan bildirib.

Məlumata görə, Pakistanın Bəlucistan əyalətinin cənub-qərbində yerləşən Musa Xan nəzarət-buraxılış məntəqəsində hərbçilərin avtomobilində törədilən partlayış nəticəsində 1 hərbçi ölüb, əksəriyyəti mülki sakin olmaqla 13 nəfər yaralanıb.

Terrorun məsuliyyətini “Təhrik-e-Taliban Pakistan” üzərinə götürüb.

Hadisəni terrorçu-kamikadzenin törətdiyi bildirilib.

Zərintac MAYİSQIZI
Missiya.Az



  • 6-02-2023, 17:05