AZ   |   RU
Aİ Şurası Rusiyaya qarşı sanksiyaları genişləndirir


Avropa İttifaqı Şurası Rusiyaya tətbiq edilən bütün sanksiyaların vaxtını daha 6 ay uzadıb.

Missiya.Az
xarici mediaya istinadən xəbər verir ki,  bu barədə yanvarın 27 -də şuranın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə iqtisadiyyatının bəzi sahələrinə qarşı sanksiyalar iyulun 31-dək uzadılıb.

Qeyd olunub ki, Moskvanın Ukraynada sabitliyi pozan hərəkətlərinə cavab olaraq ilk dəfə 2014-cü ildə tətbiq edilən sanksiyalar 2022-ci ilin fevralından etibarən əhəmiyyətli dərəcədə genişləndirilib.

Günün əvvəlində Macarıstanın baş naziri Viktor Orban da bəyan edib ki, Macarıstan Avropa İttifaqının (Aİ) Rusiyanın nüvə enerjisinə qarşı sanksiyalarının qarşısını almaq niyyətindədir . 

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 27-01-2023, 17:17