AZ   |   RU
İran mediasında yenidən Azərbaycana qarşı cəfəng fikirlər səsləndirilib

"İran Azərbaycanda NATO, Böyük Britaniya və “sionist” rejimin “varlığı”nı diqqətlə izləməli, lazım gəldikdə hərəkətə keçməlidir.

 Missiya.Az
İranın yarı rəsmi “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, İran-Azərbaycan münasibətləri haqda özünü Qafqaz üzrə “ekspert” kimi təqdim edən Şueyb Bəhmən adlı şəxs sərsəm iddialar irəli sürüb

O, iddi edib ki, Azərbaycanı İrana qarşı qaldıran Türkiyə, ABŞ və Böyük Britaniyadır.

İranın Zəngəzur dəhlizinə qarşı çıxmalı olduğunu deyən “Ekspert”,  mediada Azərbaycana qarşı lazımi sərt reaksiyaların verilməsini tələb edib.

Qeyd etməliyik ki, nə regionumuzda, nə də dünyada İrana və İran xalqına qarşı düşmən mövqedə olan hər hansı bir dövlət yoxdur. Sadəcə İrandakı rejimin özü-özünə düşməndir. Fras-molla ideologiyasının bəşəri dəyərlər sistemində yeri olmayan "Yandan çıxarılma" düşüncə və rejimlə öz xalqına, qonşularına və dünyaya təhdidlər sovurması deyəsən gec-tez özünün sonunu gətirəcək.
 
Aqil Musa
Missiya.Az

  • 16-01-2023, 11:02