AZ   |   RU
Çin Cənubi Koreya və Yaponiyaya vizanı dayandırıb

Pekin administrasiyası Cənubi Koreya və Yaponiyanın Çindən gələn sərnişinlərə tətbiq etdiyi Covid-19 tədbirlərinə cavab olaraq bu ölkələrin vətəndaşlarına viza verilməsini dayandırdığını bildirib.

Missiya.Az
xarici mediayaya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyinin sözçüsü deyib.

Məlumatda, qərarın "Cənubi Koreyanın ayrı-seçkilik zəminində giriş məhdudiyyətləri" səbəbi ilə tətbiq olunduğu bildirilib.

Cənubi Koreya rəsmisi, Çinin qərarından təəssüfləndiklərini ifadə edərək: "Hökumətin karantin tədbirlərini gücləndirmək qərarı elmi və obyektiv səbəblərə əsaslanır”- deyə əlavə edib.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 10-01-2023, 15:04