AZ   |   RU
Ermənistan bu il KTMT-nin hərbi təlimlərinə ev sahibliyi etməyəcək


“Ermənistan 2023-cü ildə KTMT-nin hərbi təlimlərinə ev sahibliyi etməyəcək”.

Missiya.Az
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistanda hazırkı vəziyyətdə KTMT-nin “Sarsılmaz qardaşlıq” təlimlərinin keçirilməsi məqsədəuyğun deyil.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi də təlimlərin keçirilməsinin məqsədəuyğun olmadığını açıqlayıb.

  • 10-01-2023, 12:41