AZ   |   RU
Ukrayna Rusiyanın 600 əsgərinin həlak olması ilə bağlı iddiasını rədd edib
Ukrayna Rusiyanın hücumda 600 Ukrayna əsgərinin həlak olması ilə bağlı iddiasını rədd edərək bu iddianın “təbliğat” olduğu bildirilib. 

Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, bunu Ukrayna ordusunun sözçüsü Sergey Çerevati deyib. 

O, hücumları Makiivkada öldürülən 89 rus əsgərinin qisasını almaq üçün "repressiya hücumu" kimi qiymətləndirib. 

Qeyd edək ki, Moskva şərqdəki Kramatorsk şəhərinə “kütləvi raket hücumu”nu nəticəsində  600-dən çox Ukrayna hərbçisinin həlak olduğunu iddia edib.

Aqil Musa
Missiya.Az

  • 9-01-2023, 12:27