AZ   |   RU
Ukrayna-Avropa İttifaqı sammiti Kiyevdə keçiriləcək

Fevralın 3-də Kiyevdə Ukrayna-Avropa İttifaqı sammiti keçiriləcək.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin mətbuat xidməti məlumat yayıb.

Ukrayna prezidentinin saytında Zelenskinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə söhbəti barədə məlumat dərc edilib.

“Tərəflər bu il fevralın 3-də Kiyevdə keçiriləcək növbəti Ukrayna-Avropa İttifaqı sammitinin gözlənilən nəticələrini müzakirə ediblər və hazırlıq işlərini gücləndirmək barədə razılığa gəliblər”, - mətbuat xidməti yazıb.

  • 2-01-2023, 23:04