AZ   |   RU
Hər şeyi alovlandırmaq üçün bir qığılcım kifayətdir- Serbiyanın müdafiə naziri

“Hər şeyi alovlandırmaq və arzuolunmaz istiqamətdə hərəkət etmək üçün bir qığılcım kifayətdir” 
 
Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Serbiyanın müdafiə naziri Miloş Vuçeviç yerli televiziya kanalında ölkəsi ilə Kosovo arasındakı əlaqələrə dair açıqlamalar verib.

Kosovoda vəziyyətin gərgin olduğunu vurğulayan Vuçeviç, "Hər şeyi alovlandırmaq və arzuolunmaz istiqamətdə hərəkət etmək üçün bir qığılcım kifayətdir" deyib.

Vuçeviç Kosovonun baş naziri Albin Kurtinin "sabitliyi pozmaq istəyən hərəkətlər" etdiyini iddia edərək, "Bu, serblərin orada istənilmədiyinə dair açıq bir mesajdır. Kurtinin idarəçiliyi və siyasəti Kosovoda etnik təmizləməyə yönəlmiş mütəşəkkil bir terrordur” ifadələrini işlədib.
 
Aqil Musa
Missiya.Az

  • 8-12-2022, 11:05