AZ   |   RU
İranda ticarət obyektləri və iş yerləri tam tətil edir

İranın Gənave şəhərində sahibkarlar rejimin xalqa qarşı repressiyalarına etiraz olaraq mağazalarını bağlayıb.
 
Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, ölkənin bütün şəhərlərində mağazaların və bazarların bağlanması kütləvi şəkildə davam edir.
 
Digər tərəfdən Təbriz Tibb Elmləri Universitetinin tələbəsi Əli Qarahəsənlinin valideynləri Həmid və Fərzanə Qarahəsənli noyabrın 4-də İran təhlükəsizlik qüvvələrinin evlərinə basqını nəticəsində həbs ediliblər.
 
Molla rejiminin "Əxlaq" polisi”nin ləğvi ilə bağlı qərarı da İran və ölkədən kənarda müzakirə edilməyə davam edir.
 
İsveç parlamentinin İran əsilli üzvü Əlirza Axundi İran xalqını və beynəlxalq ictimaiyyəti İslam Respublikasının iranlıları xalq hərəkatından yayındırmaq üçün atdığı addımlarda ayıq-sayıq olmağa çağırıb. 
 
Axundi dekabrın 5-də paylaşdığı tvitdə "Əxlaq" polisi”nin ləğvi, "məcburi hicab qanununa yenidən baxılması" və digər mümkün "islahatlar"la bağlı xəbərdarlıq edib. 
 
O, "Əxlaq" polisinin ləğvini və məcburi hicab qanunun yumşaldılması qərarını təhlil edərək bildirib ki, İran hökümətinin məqsədi diqqətləri xalq üsyanından yayındırmaqdır.
 
Aqil Musa
Missiya.Az
 

  • 5-12-2022, 17:31