AZ   |   RU
Alman mətbuatında F-35 üsyanı
Alman Bild qəzeti hökumətin F-35 qırıcıları almaqda çətinlik çəkdiyini bildirib. 
 
Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən Federal Parlamentin Büdcə Komitəsinə göndərdiyi sənədə istinad verilən məlumatda 9,9 milyard avro dəyərində təyyarələrin alınmasında gecikmələr və əlavə xərclər ola biləcəyi bildirilib.

Xəbərdə bu vəziyyətin alman parlamentariləri də qəzəbləndirdiyi vurğulanıb.

Sosial Demokrat Partiyasının siyasətçisi Andreas Şvarz, verdiyi açıqlamada parlamentin problemləri yenicə öyrənməsinin qəbuledilməz olduğunu qeyd edərək “Nazirlikdən risklərə necə nəzarət etməyi planlaşdırdığına dair hərtərəfli açıqlama gözləyirəm” deyə bildirib.

Digər tərəfdən Almaniya ölkənin müdafiə xərcləri üçün xüsusi olaraq 100 milyard avro ayırmışdı.

Aqil Musa
Missiya.Az
 

  • 5-12-2022, 13:02