AZ   |   RU
Aİ Rusiya sanksiyalarını pozanlara “ümumi cəza” tətbiq edəcək
Avropa İttifaqı Rusiyaya qarşı tətbiq edilən cinayətləri və cəzaları bütün üzv dövlətlərdə eyniləşdirməyə hazırlaşır.
 
Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki,Avropa İttifaqı Komissiyası bütün ittifaq ölkələrində Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin pozulmasına görə ümumi cəza nəzərdə tutan yeni qanunvericilik təklifini açıqlayıb.
 
Sanksiya siyahısında olan şəxs, qurum və ya təşkilatın xeyrinə, vəsait və ya iqtisadi resursların verilməsi, vəsaitlərin dondurulmaması, sanksiya tətbiq edilən şəxslərin öz ərazisinə daxil olmasına icazə verilməsi, Aİ tərəfindən qadağan olunmuş üçüncü ölkələrlə əməliyyatların aparılması, qadağan olunmuş və ya məhdudlaşdırılmış malların ticarəti və ya xidmət, maliyyə və ya müxtəlif məsləhət xidmətləri göstərmək cinayətlər siyahısına daxil ediləcək.
 
Məlumata görə bu çərçivədə cinayət törədən şəxsə 5 ilə qədər həbs cəzası verilə bilər.
 
Qeyd edək ki, Cinayətkar şirkətlər qlobal dövriyyənin ən azı 5 faizi məbləğində cərimələnəcəklər.
 
Bu mərhələdən sonra təklif Avropa Parlamenti və Avropa Şurası tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.
 
Aqil Musa
Missiya.Az
 

  • 2-12-2022, 17:27