AZ   |   RU
NATO-nun Türkiyə ilə danışıqlarında irəliləyiş var- İsveç XİN
 
İsveç xarici işlər naziri Tobias Billström NATO-nun Türkiyə ilə danışıqlarında irəliləyiş olduğunu və çox yaxında Türkiyəyə gedəcəyini bildirib.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Billström dünən Buxarestdə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısında xarici işlər naziri Mövlud Çavuşoğlu və Finlandiya xarici işlər naziri Pekka Haavisto ilə görüşünü ölkəsinin dövlət televiziyası SVT-yə dəyərləndirib.

Billström, "NATO danışıqlarında irəliləyiş əldə olunub. Dünən Buxarestdə görüşdüyüm digər həmkarlarım da bunu təsdiqlədilər. Çox yaxında Türkiyəyə gedəcəyəm və xarici işlər naziri Çavuşoğlu ilə görüşəcəyəm. Orada bir çox məsələləri müzakirə etmək imkanımız olacaq. Mən bu görüşü səbirsizliklə gözləyirəm”, deyə- Billström bildirib.
 
Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 30-11-2022, 16:11