AZ   |   RU
Bizə ədalət lazımdır - Yelena Zelenskaya

“Bizə təkcə qələbə deyil, ədalət lazımdır”.

Missiya.Az
Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya deyib.

Yelena Zelenskaya Böyük Britaniyaya səfəri çərçivəsində Britaniya parlamentinin komitə iclasında deputatlar qarşısında çıxış edib.

Ukraynada döyüşən rusları nasistlərlə müqayisə edən Zelenskaya bildirib ki, ukraynalılar İkinci Dünya Müharibəsində nasist Almaniyasının şəhərləri bombaladığı zaman Böyük Britaniyanın yaşadığı terrora bənzər bir terror yaşadılar.

Digər tərəfdən, Ukraynanın enerji infrastrukturunun Rusiyanın hücumları nəticəsində zədələndiyini xatırladan Zelenskaya "Düşmənimiz bizi qaranlıq və soyuqla vurmaq istəyir",-deyə bildirib.

Zelenskaya səfər çərçivəsində İngiltərə kralı III Çarlz və həyat yoldaşı Kamilla ilə görüşüb.
 
Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 30-11-2022, 16:07