AZ   |   RU
Xameneyinin daha bir nümayəndəliyi yandırıldı

İranın ali ruhani lideri Seyid Əli Xameneyinin daha bir nümayəndəliyinin ofisi etirazçılar tərəfindən yandırıldı.

Missiya.Az
xəbər verir ki, bu gecə də İranda etiraz aksiyaları bütün gücü ilə davam edib.
Tehran şəhəri başda olmaqla bir çox  şəhərdə etirazçılar müxtəlif hökumət binalarını yandıraraq, İran rəhbəri Əli Xameneyi əleyhinə kəskin şüarlar səsləndiriblər.

Məlumatda qeyd olunub ki, İranın Əlborz əyalətinin Kərəc şəhərində yerləşən məktəblərdən birində şagirdlər dərsləri boykot edərək molla rejiminə qarşı etiraz aksiyası keçirir.

Şagirdlər "Xameneyiyə ölüm olsun",- deyə qışqırıblar.

Zərintac MAYİSQIZI
Missiya.Az



  • 28-11-2022, 15:51