AZ   |   RU
Putin Makronu “Xirosima” ilə hədələyir- Britaniya mediası


Britaniyanın “Mail on Sunday” qəzeti diplomatik mənbələrə əsaslanaraq Putinin Makronu nüvə hücümü ilə təhdid etdiyini yazıb. 

 

Missiya.Az ingilis KİV-nə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. 
 
Telefon söhbəti zamanı Makrona müharibədə qalib gəlmək üçün böyük şəhərlərə nüvə hücumuna ehtiyaclarının olmadığını irəli sürən Putin, “Xirosima və Naqasakiyə atılan atom bombaları buna sübutdur” " deyib .
 
Britaniya qəzeti mənbələrə əsaslanaraq iddia edir ki, Putinin bu sözlərindən təşvişə düşən Makron Putinin bu ifadələrini Kiyevə toxunmadan Ukraynanın şərqində taktiki nüvə silahından istifadə edə biləcəyi ilə bağlı təhdid kimi qiymətləndirib. 
 
Qeyd edək ki, Rusiya qüvvələrinin Ukraynadan çıxmağa başlaması nüvə silahından istifadə etmək ehtimalını artırır. 
 
"Mail on Sunday" yazır ki, Sentyabrın 11-də Makron Putindən Ukraynada atəşkəs tələb etdiyi telefon danışığında belə bir stuassiya ilə qarşılaşıb. 
 
Aqil Musa
Missiya.Az

  • 6-11-2022, 21:33