AZ   |   RU
İmran Xana sui-qəsdi mən planlaşdırmadım- Şahbaz Şərif


İmran Xana qarşı hücumda iştirakını inkar edən Pakistanın baş naziri Şahbaz Şərif, Xanın ucuz və saxta sui-qəsdlərlə ölkəyə zərər verdiyini bildirib.
 
Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, Pakistan Ədalət Hərəkatı Partiyasının lideri Xan hadisə ilə bağlı açıqlamasında hücumun sui-qəsd olduğunu və bunun arxasında baş nazir Şahbaz Şərifin dayandığını bildirib.
 
Baş nazir Şərif Lahorda keçirdiyi mətbuat konfransı bildirib ki, Xana qarşı hücumu araşdırmaq üçün məhkəmə komissiyası yaradılacaq.
 
Şərif,  İmran Xanın ittihamlarına cavab olaraq “Bu sui-qəsdin bir parçası olduğum sübut olunarsa, istefa verəcəm" deyib.
 
Digər tərəfdən, İmran Xan səhətinin yaxşılaşmasından sonra etirazları davam etdirəcəyini və xalqı küçələrə dəvət etdiyini bildirib.
 
Aqil Musa
Missiya.Az

  • 5-11-2022, 21:55