AZ   |   RU
Ukraynaya 400 milyon dollar hərbi yardım


ABŞ Müdafiə Nazirliyi Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım göndəriləcəyini açıqlayıb. 

Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki.ABŞ Müdafiə Nazirliyi Ukraynaya əlavə 400 milyon dollarlıq hərbi yardım edəcəyini, Almaniyada Ukrayna üçün bütün silah transferlərinə və hərbi təlimlərə nəzarət edəcək bir təhlükəsizlik yardım mərkəzi quracaqlarını açıqlayıb.

Pentaqondan bildirilib ki, HAWK raketlərini əvəz etmək üçün vəsaitdən əlavə, Ukrayna Təhlükəsizliyə Yardım Təşəbbüsü vəd etdiyi 400 milyon dollarlıq vəsait sovet dövründən qalma Çexiya tanklarını əvəz edəcək və onlara "mütərəqqi optika, rabitə və zireh paketləri" verəcək.

Xatırladaq ki, Birləşmiş Ştatlar fevralın 24-də müharibə başlayandan bəri Ukraynaya 18,2 milyard dollardan çox silah və texnika yardımı edib.

Aqil Musa
Missiya.Az

  • 5-11-2022, 15:53